Zərdabda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb - SƏRƏNCAM
Zərdab rayonunda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Zərdab-Məlikumudlu-Çallı-Salahlı-Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manatı ayrılıb.








