58-ci məhəllədə avtomobil yolunun yenilənməsi istiqamətində işlər aparılır

58-ci məhəllədə avtomobil yolunun yenilənməsi istiqamətində işlər aparılır

05 Oktyabr 2026

Naxçıvan şəhərinin bir sıra küçə və məhəllərində yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən işlər davam etdirilir. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə 58-ci məhəllədə əsaslı təmir işlərinə başlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hazırda ilkin mərhələyə uyğun olaraq yararsız qruntun qazılaraq çıxarılması, yol yatağının genişləndirilməsi və yol əsasının möhkəmləndirilməsi işləri həyata keçirilir.

Layihənin növbəti mərhələsində isə yolun asfalt-beton örtüyü ilə təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, uzunluğu 17,5 kilometr olan layihə Naxçıvan şəhərinin S.Vurğun, N.Naxçıvani, M.H.Şəhriyar–H.Rəhmanov küçələrini, həmçinin 58–61-ci məhəllələri əhatə edir.