Zəngilanda 86 vətəndaş stomatoloji müayinədən keçirilib

Zəngilanda 86 vətəndaş stomatoloji müayinədən keçirilib

23 Noyabr 2026

Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının tibbi heyəti tərəfindən "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Zəngilan rayonunda ikigünlük tibbi aksiya təşkil edilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, aksiya zamanı 86 vətəndaş tibbi müayinədən keçirilib. Zəngilan sakinlərinə stomatoloji fərdi konsultasiyalar verilib və ağız boşluğunun sağlamlığının qorunması ilə bağlı profilaktik tövsiyələr təqdim edilib. Müayinələr zamanı ağız və diş sağlamlığının vəziyyəti qiymətləndirilib, stomatoloji problemlərin erkən aşkarlanması və müalicəsi istiqamətində müvafiq tədbirlər görülüb.

Tibbi xidmətlərin təşkili zamanı tam avtonom işləmə imkanına malik portativ stomatoloji avadanlıqlardan istifadə edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad edilmiş digər ərazilərdə də tibbi müayinə aksiyalarının və maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.