AMB-nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb
2025-ci ildə olduğu kimi, 2026-cı ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" quruma istinadən xəbər verir.
Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə fevralın 4-də, aprelin 2-də, mayın 6-da, iyunun 24-də, avqustun 5-də, sentyabrın 23-də, noyabrın 4-də və dekabrın 23-də açıqlanacaq.
Fevral, may, avqust və noyabrda qərarların açıqlanması AMB-nin sədri Taleh Kazımovun mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcək.
Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcək.








