
Ararat Mirzoyan: Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa hazırıq
Ermənistan Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa və düşmənçilik səhifəsini bağlamağa hazırdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan niderlandlı həmkarı Kaspar Veldkampla birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu saziş, əlbəttə, bütün məsələləri həll edə bilməz, lakin bütün prosesin müsbət yekunlaşmasının başlanğıcı ola bilər.