Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb

11 Yanvar 2025

İspaniyanın Sabadel şəhərində təşkil olunan beynəlxalq yarışda Azərbaycanı təmsil edən atlet Nazim Babayev uğurlu çıxışla yadda qalıb.

Azərbaycan Atletika Federasiyasından "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, uzunluğa tullanma növündə mübarizə aparan idmançının nəticəsi 7,44 metr olub. Bu göstərici ilə N.Babayev turnirin bürünc medalını qazanıb.