Azərbaycan Çin şirkəti ilə GES layihəsinin qiymətləndirilməsinə dair İcra Müqaviləsi imzalayıb

Azərbaycan Çin şirkəti ilə GES layihəsinin qiymətləndirilməsinə dair İcra Müqaviləsi imzalayıb

12 Noyabr 2025

Energetika Nazirliyi, Çinin "China Datang Overseas Investment Co. Ltd" və "SOCAR Green" MMC şirkətləri arasında "Azərbaycan Respublikasında 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsinin qiymətləndirilməsi, işlənməsi və həyata keçirilməsinə dair İcra Müqaviləsi" imzalanıb

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, "China Datang Corporation Ltd." şirkətinin Direktorlar Şurasının sədri Lü Cün ilə görüşüb.

Görüşdə əməkdaşlıq gündəliyində olan quruda günəş, dənizdə külək enerjisi, enerjisaxlanc sistemi və Yaşıl Enerji Dəhlizi layihələrinin inkişafı barədə müzakirələr aparılıb.