Azərbaycan gimnastları Dünya kubokunda qızıl medal qazanıblar

Azərbaycan gimnastları Dünya kubokunda qızıl medal qazanıblar

29 İyun 2026

Azərbaycan aerobika gimnastları Çinin Nankin şəhərində keçirilmiş Dünya Kubokunda qızıl medal qazanıblar.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Yarışda ölkəmizi fərdi proqramda Sara Əlixanlı, qarışıq cütlük proqramında isə Mədinə Mustafayeva və Vladimir Dolmatov təmsil ediblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Sara Əlixanlı 17.900 xal, Mədinə Mustafayeva və Vladimir Dolmatov isə 18.600 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıblar.

Finalda qarışıq cütlük 19.100 xalla rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub. Sara Əlixanlı isə 18.050 xalla 6-cı yerdə qərarlaşıb.