Azərbaycan Tatarıstanla energetika sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib
Azərbaycan Tatarıstan Respublikası ilə energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
"Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə geniş tərkibdə görüşümüz əməkdaşlıq əlaqələrinin inkişafı aspektində səmərəli keçdi. Azərbaycan və Tatarıstanın enerji şirkətləri arasında mövcud əməkdaşlığa və perspektiv layihələrə dair geniş fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd olunub.