Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

27 Yanvar 2026

Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilib.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.