Azərbaycan və NATO nümayəndə heyətləri Qətərdə müzakirələr aparıb

Azərbaycan və NATO nümayəndə heyətləri Qətərdə müzakirələr aparıb

09 Aprel 2025

Qətərdə keçirilən Hərbi Strateji Tərəfdaşlıq Konfransı çərçivəsində Azərbaycan və NATO nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, danışıqlar çərçivəsində keçmiş əməkdaşlıq, davam edən səylər və gələcək planlar müzakirə edilib.

Məlumata görə, müzakirələrdə NATO-nun bütün qurumları təmsil olunub.