Azərbaycanda vəkillərin sayı 2 609 nəfərə çatıb

Azərbaycanda vəkillərin sayı 2 609 nəfərə çatıb

18 Aprel 2025

Azərbaycanda vəkillərin ümumi sayı 2 609 nəfərdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, bu gün daha 102 namizəd vəkil andı içərək kollegiya üzvü olub:

"Yeni qəbul olunan vəkillərdən 56-sı kişi, 46-sı isə qadındır. Həmin vəkillərdən 11 nəfəri regionlarda, 91-i isə Bakı şəhərində fəaliyyət göstərəcək. Beləliklə, ölkədə fəaliyyət göstərən qadın vəkillərin sayı 548 nəfərə yüksələrək ümumi vəkillərin 21%-ni təşkil edir".