
Azərbaycana Türkiyədən gətirilən nektarin və şaftalı tinglərində virus aşkarlanıb
Azərbaycana Türkiyədən gətirilən nektarin və şaftalı tinglərindən Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının götürdüyü nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında şarka virusu aşkarlanıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə AQTA-dan məlumat verilib.
Faktla bağlı 18 min nektarin, 18 min 240 isə şaftalı tinginin gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib, hazırda qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.
Qeyd edək ki, şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.