
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 6 % artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 17,766 milyon manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.
O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 7,4 % artaraq 289,71 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 5,1 % artaraq 682,187 milyon manat, aksizlər üzrə daxilolmalar 14,8 % artaraq 38,793 milyon manat, yol vergisi üzrə daxilolmalar isə azalaraq 5,5 % artaraq 7,078 milyon manat olub.