Azərbaycanda hakimlərin sayı 720 nəfərə çatdırıla bilər

Azərbaycanda hakimlərin sayı 720 nəfərə çatdırıla bilər

24 Oktyabr 2025

Gələn ilin əvvəlinə qədər hakimlərin sayının 720 nəfərə çatdırılması nəzərdə tutulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, hazırda məhkəmə sistemində 645 nəfər hakim fəaliyyət göstərir, onlardan 175-i qadındır.