Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

28 Aprel 2025

"Hazırda Əmək Məcəllənə 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır".

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi ilə əlaqədar keçirilən konfransda deyib.

O bildirib ki, nazirlik tərəfindən əmək münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə davamlı tədbirlər görülür: "Hazırda Əmək Məcəllənə 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklərə əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əmək haqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əmək haqqının ödənilməsi, ailə vəzifələri olan işçilərə və qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı müddəaların təsbiti və s. məsələlər nəzərdə tutulur".