Azərbaycanda uşaqlar üçün ayrıca reabilitasiya mərkəzi yaradılacaq

Azərbaycanda uşaqlar üçün ayrıca reabilitasiya mərkəzi yaradılacaq

23 Noyabr 2025

Azərbaycanda uşaqlar üçün ayrıca reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, ölkədə reabilitasiya xidmətlərinə ən çox ehtiyacı olanlardan böyük qismi uşaqlardır:

"Bu səbəbdən ölkədə uşaqlar üçün ayrıca reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulub. Onların ehtiyacı olan bütün müalicələrin həyata keçirilməsi ilə bağlı addımlar atılacaq. Sözügedən uşaqlar ya anadan gəlmə, ya da genetik xəstəliklərdən əziyyət çəkirlər".