Azərbaycanın iqtisadi artım proqnozları açıqlanıb
Azərbaycanda iqtisadi artımın (ÜDM) bu il 1,1 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının 3,2 faiz olacağını proqnozlaşdırırıq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
"2027-ci ildə isə iqtisadi artımın 3,3 və qeyri-neft-qaz sektoru üzrə 4,7 faiz təşkil edəcəyini proqnozlaşdırırıq", - sədr vurğulayıb.








