Yeniyetmə güləşçilər arasında Naxçıvan birinciləri müəyyənləşib -

Yeniyetmə güləşçilər arasında Naxçıvan birinciləri müəyyənləşib - FOTO

25 Oktyabr 2026

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə yeniyetmələr arasında muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 96 idmançı iştirak edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarışın nəticələrinə əsasən Fuad İsgəndərov, Əli Quliyev, Elxan Muradov, Şahin Əsgərli, Məcnun Abbasov, Səfər Muradov, Turqut Abdullayev, Polad Əhmədov, Adəm Babayev, Hüseyn Əliyev və Həsən Sucalı müvafiq çəki dərəcələrində birinci yerə layiq görülüblər. İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Birinciliyin keçirilməsində məqsəd istedadlı idmançıları üzə çıxarmaq, onların yarış təcrübəsini artırmaq və peşəkarlıq səviyyəsini yüksəltməkdir.