Naxçıvanda “GİNius tələbə-gənclər kuboku II” intellektual oyunu keçiriləcək
Oktyabrın 28-si saat 15:00-da Naxçıvan şəhərindəki “Üstəgəl” kafedə ali və orta ixtisas təhsili müəssisələrinin 14–29 yaşlı tələbələri arasında “GİNius tələbə-gənclər kuboku II” çərçivəsində “Fibonacci” intellektual-əyləncəli oyununun muxtar respublika seçim mərhələsi keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ"məlumat verir ki, yarışda ali və orta ixtisas təhsili müəssisələri istənilən sayda komanda ilə təmsil oluna bilər. Hər komanda 1 kapitan və 4 oyunçu olmaqla 5 nəfərdən ibarət olmalı, bütün iştirakçılar eyni təhsil müəssisəsini təmsil etməlidirlər.
Seçim mərhələsinin qalibi Bakı şəhərində keçiriləcək finalda iştirak hüququ qazanacaq. Komandanın finalda iştirakı Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təmin olunacaq.
Yarışda iştirak etmək istəyən komandalar 20 oktyabr 2026-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər
Qeydiyyat linki: https://shorturl.at/iChJ4
Əlavə məlumat üçün: (036) 544 50 06








