Azərbaycanın voleybolçu qızlardan ibarət U-20 millisi İzmirdə hazırlıq keçəcək

Azərbaycanın voleybolçu qızlardan ibarət U-20 millisi İzmirdə hazırlıq keçəcək

06 Oktyabr 2026

Azərbaycanın voleybolçu qızlardan ibarət U-20 millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Avropa çempionatının I təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edəcək milli hazırlıq məqsədilə bu gün İzmirə yola düşüb. Oktyabrın 11-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma yerli klublarla bir neçə yoxlama oyunu da keçirəcək.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Gökhan Edman hazırlıq prosesinə 14 voleybolçu dəvət edib.