Dövlət qurumlarının gənc əməkdaşları arasında intellekt yarışı keçirilib -

Dövlət qurumlarının gənc əməkdaşları arasında intellekt yarışı keçirilib - FOTO

13 Oktyabr 2026

13 oktyabr 2026-cı il tarixində dövlət qurumlarının gənc əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş keçirilən III "GİNius" intellektual yarışının növbəti mərhələsi Naxçıvan şəhərində təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Şahmat Mərkəzində reallaşan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini Məcid Seyidov və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.

23 komandanın qatıldığı yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekun nəticələrə əsasən Naxçıvan Baş Gömrük İdarəsi birinci, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ikinci, Maliyyə Nazirliyi isə üçüncü yerə layiq görülüb. İlk üç yerin sahibi olan komandalar Bakı şəhərində keçiriləcək respublika final mərhələsində iştirak hüququ qazanıblar.