Naxçıvanda 6-cı məhəllədə asfaltlanma işləri aparılır
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə uzunluğu 10,3 km olan 6-cı məhəllə, Babək məhəlləsi və Hacıniyyət kəndi istiqamətində əsaslı təmir işləri davam etdirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hazırda 6-cı məhəllədə nəqliyyatın daha rahat hərəkətini təmin etmək üçün asfaltlanma işləri həyata keçirilir. Yolun 2 km-lik hissəsi birinci qat asfalt örtüyü ilə təmin edilib və bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər Agentliyi nəzarəti altında mərhələli şəkildə icra olunur.










