Naxçıvan Dövlət Texniki Kollecində tütün istifadəsinin zərərləri ilə bağlı tədbir keçirilib

Naxçıvan Dövlət Texniki Kollecində tütün istifadəsinin zərərləri ilə bağlı tədbir keçirilib

13 Oktyabr 2026

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunvericilikdən irəli gələn vəzifələr və sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin zərərli vərdişlərə aludəçiliyinin profilaktikası” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə kollecin direktoru Asəf Ruşanov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.

Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Səhiyyə Nazirliyinin əməkdaşı Mustafa Həsənov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Həcər Ələsgərova mövzu ilə bağlı çıxış ediblər.

Çıxışlarda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun və müvafiq fərmanların tələblərindən, bu sahədə qarşıda duran vəzifələrdən bəhs olunub. Tütündən istifadənin insan sağlamlığına vurduğu zərər, tütün tüstüsünün ətraf mühitə və digər insanların sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılmasının, profilaktik tədbirlərin təşkilinin və ictimai yerlərdə qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi vurğulanıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.