Naxçıvanda orta aylıq əməkhaqqı 6,1% artıb
2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 869,6 manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz artıb.








