Naxçıvanın xarici ticarət dövriyyəsi 67,3 % artıb
2026-cı ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 155 milyon 727 min 640 ABŞ dolları təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə xarici ticarət dövriyyəsinin 28 milyon 429 min 580 dolları, yaxud 18,3 faizi ixracın, 127 milyon 298 min 60 dolları, yaxud 81,7 faizi isə idxalın payına düşüb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 67,3 faiz artıb. İdxalın həcmi 53,9 faiz, ixracın həcmi isə 2,8 dəfə yüksəlib.








