Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,7 % artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 4,7 % artıb

13 Oktyabr 2026

2026-cı ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 318 milyon 918 min 400 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

İstehsal olunan kənd təsərrüfatı məhsullarının 182 milyon 682 min 100 manatı bitkiçilik, 136 milyon 236 min 300 manatı isə heyvandarlıq sahəsinin payına düşüb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikada kənd təsərrüfatının ümumi məhsul istehsalı 4,7 faiz artıb.