Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlanıb

Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlanıb

07 İyul 2026

Bu ilin I yarısında Azərbaycanın xəzinədarlıq orqanları ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % az - 624 mindən çox ödəniş tapşırığı icra edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 24 milyard 414,1 milyon manat, xərcləri 19 milyard 824,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 19 milyard 179,4 milyon manat, xərcləri 16 milyard 775,5 milyon manat təşkil edib.

Son nəticədə icmal büdcədə 4 milyard 589,7 milyon manat, dövlət büdcəsində isə 2 milyard 403,9 milyon manat profisit olub.