Azərbaycan "Metrik Konvensiya"ya qoşulub

Azərbaycan "Metrik Konvensiya"ya qoşulub

07 İyul 2026

Azərbaycan "Metrik Konvensiya"sına qoşulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı "Metrik Konvensiya"ya qoşulmaq haqqında qanunu imzalayıb.

Qeyd edək ki, Metrik Konvensiya (Metr Konvensiyası) - ölçü vahidlərinin beynəlxalq vəhdətini təmin edən, qlobal standartlaşdırmanın əsasını qoyan tarixi beynəlxalq müqavilədir və 1875-ci il mayın 20-də Parisdə 17 ölkə tərəfindən imzalanıb.