AQTA sədrinə yeni müavin təyin olunub -

AQTA sədrinə yeni müavin təyin olunub - SƏRƏNCAM

06 İyul 2026

Əli Tahir oğlu Nəbiyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, bu vəzifədə Balarəhim Mirzəağa oğlu Quliyevi əvəz edib.

Qeyd edək ki, Əli Nəbiyev bu təyinatadək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.