Ordubad və digər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub

Ordubad və digər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub

06 İyul 2026

Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterlidir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 6-sı saat 11:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Xızıda 20, Xaltanda 18, Lerikdə 15, Şuşa, Şahdağda 4, Kəlbəcər, Füzulidə 2, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qusar, Tərtər, Yardımlı, Astara, Ağdam, Zəngilan, Laçın, Qubadlı, Xankəndi, Xocalıda 1 mm-dir.