Naxçıvanı iyulda hansı hava şəraiti gözləyir?
Naxçıvanda iyul ayına gözlənilən hava pronozu açıqlanıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Ayın ilk günündə ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Sonrakı iki-üç gün ərzində isə hava şəraitinin mülayim, əksər rayonlarda gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 26-28°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25°C, gündüzlər 30-35°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 37-40°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-16 mm) gözlənilir.








