Naxçıvanda leysan, şimşək və dolu gözlənilir
Naxçıvan Muxtar Respublikası ərazisində iyunun 24-ü axşam saatlarından başlayaraq hava şəraitinin dəyişəcəyi və iyunun 28-dək qeyri-sabit keçəcəyi proqnozlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ayrı-ayrı ərazilərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Eyni zamanda qərb küləyinin bəzi yerlərdə sürətinin saniyədə 18–23 metrədək güclənəcəyi gözlənilir.
Havanın temperaturunun gecə saatlarında 18–23, gündüz saatlarında isə 32–37 dərəcə isti olacağı proqnozlaşdırılır.
Müvafiq qurumlar vətəndaşlara hava şəraiti ilə əlaqədar diqqətli olmağı, açıq ərazilərdə təhlükəsizlik qaydalarına riayət etməyi və zəruri ehtiyat tədbirləri görməyi tövsiyə edirlər.








