Culfada yol-nəqliyyat hadisəsi baş verib

Culfada yol-nəqliyyat hadisəsi baş verib

16 Noyabr 2026

Culfada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə Culfa şəhərində baş verib. Belə ki, avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Cəfərova Xədicə Rəşad qızını vurub. Xəsarət alan 72 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.