Güznüt və Çeşməbasar kəndlərində kənddaxili avtomobil yollarının əsaslı təmirinə başlanılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 12 avqust tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, Babək rayonunun Güznüt və Çeşməbasar kəndlərində kənddaxili avtomobil yollarının əsaslı təmiri işlərinə başlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihə çərçivəsində Güznüt kəndində 17,8 kilometr, Çeşməbasar kəndində isə 7,6 kilometr uzunluğunda kənddaxili avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulur.
Hazırda asfalt örtüyünün döşənməsindən əvvəl yol yatağının hazırlanması, ərazinin hamarlanması və bərkidilməsi istiqamətində işlər aparılır.
Təmir işlərinin yekunlaşması nəticəsində kənddaxili yol infrastrukturu yenilənəcək, sakinlərin rahat və təhlükəsiz gediş-gəlişi təmin olunacaq.








