"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib -

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib - FƏRMAN

16 Noyabr 2026

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Sənədə əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin tam rəqəmsallaşdırılması istiqamətində tədbirlər görməlidirlər.

Bu məqsədlə dövlət qurumları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında altı ay müddətində sahibi və ya operatoru olduqları dövlət informasiya ehtiyatlarını və sistemlərini təkmilləşdirməli, həmçinin onları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə "Bir pəncərə" informasiya sisteminə inteqrasiya etməlidirlər.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.