Naxçıvanda futbol hakimliyi ilə bağlı ödənişsiz seminar keçiriləcək
Naxçıvanda futbol hakimi olmaq istəyənlər üçün ödənişsiz seminar keçiriləcək.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Futbol Federasiyasından (NFF) bildirilib.
Məqsəd gənc referilərin hazırlanması və gələcəkdə AFFA-nın bayrağı altında keçiriləcək oyunlara cəlb olunmasıdır.
Seminar AFFA və NFF-nin dəstəyi ilə reallaşacaq.








