Naxçıvan təmsilçiləri “Şuşa kuboku” turnirində uğurla çıxış ediblər - FOTO
Bakı şəhərində, Sərhədçi İdman Mərkəzində kikboksinq üzrə ənənəvi “Şuşa kuboku” turniri keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikasını iki klubun – “Araz” kikboksinq klubunun və “Levent Bulut” döyüş klubunun idmançıları təmsil ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan idmançıları həm turnir döyüşlərində, həm də qala gecəsində uğurlu nəticələr əldə
“Araz” kikboksinq klubunun idmançıları turnirdə 3 qızıl, 4 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 8 medal, qala gecəsində isə 4 kubok qazanıblar. Ülvü Əliyev həm turnirin, həm də qala gecəsinin qalibi olub. Fərid Əliyev və Əyyub Cəfərli turnirdə birinci olublar. Ələmdar Nəcəfov, Nəsir Əliyev və Hikmət Əşrəfli isə qala gecəsi çərçivəsində fərqləniblər. Klub qala gecəsindəki nəticələrinə görə kubokla
“Levent Bulut” döyüş klubunun təmsilçiləri Hüseyn Behbudov və Əli Fətullayev də qala gecəsinin qalibləri kimi kuboka layiq
Beləliklə, Naxçıvanı təmsil edən klubların idmançıları ümumilikdə 3 qızıl, 4 gümüş, 2 bürünc medal və 6 kubok qazanaraq “Şuşa kuboku” turnirini uğurla tamamlayıblar.













