Naxçıvan Dövlət Texniki Kollecində konstitusion vəzifələr müzakirə olunub - FOTO
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə “Vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək, Hər bir insanın vətəndaşı olduğu ölkə qarşısında müəyyən vəzifə və mənəvi məsuliyyət daşıdığını,bu isə vətəndaşlıq borcu və ya vətəndaşların konstitusion vəzifələri olduğunu,cəmiyyətdə hər bir şəxsin davranışı və fəaliyyəti isə onun əməllərində ifadə olunduğunu, elə əməllər ki,bunlar nə cəmiyyətə, nə də şəxsiyyətin mənafeyinə zərər vurmasın. Yəni, hüquqauyğun davranış hesab edilsin. Hüquqauyğun davranış isə dövlətin hüquq normalarında nəzərdə tutulan ictimai və şəxsi mənafelərin ödənilməsinə yönəlmiş sosial-faydalı hərəkət olduğunu bildirmişdir.
Sonra isə Azərbaycan Respublikasının Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin əməkdaşı polkovnik - Leytenant Vüsal Əliyev, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı İsgəndər İsgəndərli və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev mövzu ilə bağlı çıxış ediblər.














