Xırda xuliqanlıq edən azyaşlının valideynləri də məsuliyyət daşıyırmı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Xırda xuliqanlıq edən azyaşlının valideynləri də məsuliyyət daşıyırmı?
Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir və inzibati məsuliyyət yaradır. Həmin Məcəllənin 16-cı maddəsində qeyd edilir: “İnzibati xəta törədərkən 16 yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.” İXM-in 512-ci maddəsinə görə isə 14 yaşından 16 yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə valideynlər və ya digər qanuni nümayəndələr də 60 manatdan 100 manatadək məbləğdə cərimə edilirlər.
Sual Şərur rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas Nazlı İsmayılzadə tərəfindən cavablandırıldı.








