Məhkumlar üçün yaşayış sahəsi norması neçə kvadratmetrdir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində, həbsxanalarda və müalicə müəssisələrində hər məhkum üçün yaşayış sahəsinin norması neçə kvadratmetr müəyyən edilmişdir?
Cavab: Cəzaların İcrası Məcəlləsinin 91.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və həbsxanalarda hər məhkum üçün yaşayış sahəsinin norması 04 (dörd) kvadratmetrdən, müalicə müəssisələrində isə 05 (beş) kvadratmetrdən az ola bilməz.
Sual Ordubad rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Ülvi Hüseynov tərəfindən cavablandırıldı.








