Naxçıvan Muxtar Respublika Kitabxanasının iş saatları uzadılıb
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının iş rejimi oxucuların, xüsusilə tələbələrin tələbatına uyğun olaraq dəyişdirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, noyabrın 13-dən etibarən kitabxana bazar ertəsi istisna olmaqla, şənbə və bazar günləri saat 09:00-dan 21:00-dək, digər günlərdə isə saat 09:00-dan 22:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, əvvəlki iş rejiminə əsasən kitabxana saat 20:00-dək xidmət göstərirdi. Son dövrlər oxucu müraciətlərinin, xüsusilə tələbələrin sayının artması, eləcə də dərsdən sonrakı saatlarda və imtahan sessiyası dövründə kitabxanadan istifadəyə tələbatın yüksəlməsi iş saatlarının uzadılmasını zəruri edib.
Yeni iş rejimi tələbələrə və digər oxuculara kitabxana xidmətlərindən daha uzun müddət və rahat şəkildə yararlanmaq imkanı yaradacaq.








