Təhsil naziri Ordubad rayonunda təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub - FOTO
️Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov Ordubad rayonuna səfəri çərçivəsində Ordubad Şəhər tam orta internat məktəbi və Ordubad Şəhər Peşə Liseyində olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazir hər iki təhsil müəssisəsinin mövcud vəziyyəti, tədris prosesinin təşkili, təhsilalanlar üçün yaradılan şərait və müəssisələrin fəaliyyəti ilə yaxından tanış olub.
Tanışlıq zamanı təhsil müəssisələrinin infrastruktur imkanları, tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim-tərbiyə işinin təşkili və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Müəssisə rəhbərləri tərəfindən mövcud vəziyyət, əldə olunan nəticələr və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Təhsil naziri təhsil müəssisələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, tədris mühitinin yaxşılaşdırılması və təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verib.









