Naxçıvanda IX siniflər üçün buraxılış imtahanı modelində monitorinq keçiriləcək

Naxçıvanda IX siniflər üçün buraxılış imtahanı modelində monitorinq keçiriləcək

11 Noyabr 2026

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 22 noyabr 2026-cı il tarixində şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX siniflər üçün buraxılış imtahanı modelinə uyğun qiymətləndirmə monitorinqi keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, monitorinqdə 4500-dən artıq   şagirdin iştirakı nəzərdə tutulur. 

Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunacaq. 

Şagirdlərimiz monitorinqdə istifadə olunan mövzularla bağlı https://l24.im/4ji0p  linkindən tanış ola bilərlər. 

Monitorinqdə şagirdlərimizə uğurlar arzulayırıq!