Naxçıvan şəhər İcra Hakimiyyətində Konstitusiya Gününə həsr olunan tədbir keçirilib -

Naxçıvan şəhər İcra Hakimiyyətində Konstitusiya Gününə həsr olunan tədbir keçirilib - FOTO

12 Noyabr 2026

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 Noyabr – Konstitusiya Günü münasibətilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə müdiri Faiq Səfərov, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xumar Məmmədova çıxış ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətindən, müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbulunun tarixi əhəmiyyətindən, həmin dövrdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyətdən və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlardan bəhs olunub.

Bildirilib ki, 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm mərhələ olmaqla, ölkənin hüquqi və demokratik inkişafının əsasını qoyub. Sənəddə insan və vətəndaş hüquq və azadlıqları, demokratik dövlət quruculuğunun başlıca prinsipləri öz əksini tapıb. Konstitusiyanın milli dövlətçilik ənənələrinin qorunması və müasir hüquqi dövlətin formalaşmasında mühüm rol oynadığı vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.