Naxçıvanda parkdan donmuş halda kişi tapılıb

Naxçıvanda parkdan donmuş halda kişi tapılıb

12 Noyabr 2026

Şəxsin donmuş bədəni şəhərin Təbriz küçəsində yerləşən Dədə Qorqud parkında aşkarlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Culfa rayon sakini, 1986-cı il təvəllüdlü Qəhrəmanov Rəşid Nizami oğlu xəstəxanaya çatdırılarkən aqonal vəziyyətdə olub. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

40 yaşlı kişinin içki düşkünü, alkoqol asılığı olub. O, 2014-cü ildən Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublika Psixi Xəstəliklər Dispanserində qeydiyyatdadır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.