Naxçıvanda zəncirvari qəza baş verib, xəsarət alan var

Naxçıvanda zəncirvari qəza baş verib, xəsarət alan var

09 Noyabr 2026

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə zamanı “Mercedes”, “Nissan” və “Lifan” markalı avtomobillər toqquşub. Zəncirvari qəza nəticəsində 1998-ci il təvəllüdlü Məmmədov Razim Cavad oğlu xəsarət alıb.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.