Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

09 Noyabr 2026

Dünyaca məşhur Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Qeyd olunur ki, şəlalənin mavi-qırmızı-yaşıl tonlarda işıqlandırılması 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Gününün qeyd edilməsinə həsr olunub.