Aqrar məhsul istehsalçıları daha 3 il ƏDV ödəməyəcəklər

Aqrar məhsul istehsalçıları daha 3 il ƏDV ödəməyəcəklər

10 Noyabr 2026

Azərbaycanda istehsal olunan (o cümlədən, sənaye üsulu ilə) kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyənin daha 3 il müddətinə - 2029-cu ilin sonuna qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Bundan başqa, layihəyə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı, eləcə də satışı daha 3 il müddətinə - 2029-cu ilin sonuna qədər ƏDV-dən azad olunacaq.