Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

07 Noyabr 2026

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, indiyə qədər həmin sığorta növü üzrə ödəniş olmayıb.

Kiber risklərdən sığorta müştərini kiber təhlükəsizlik və məlumatın qorunub-saxlanılması ilə bağlı maliyyə öhdəliklərini və itkilərini qoruyan sığorta növüdür. O, kiberhücumlar, məlumatın pozulması öhdəliyi, qanunvericiliyin pozulması, kiber oğurluq kimi hallardan sığorta olunmağı nəzərdə tutur.